"Son zamanlar cəmiyyətdə müxtəlif rituallara, falçılıq və oxşar tətbiqlərə meylin artdığını görürük. İnsanların bir qismi bunları “dini ayin” kimi qəbul edir, digər bir qismi isə “köməkçi vasitə” hesab edirlər. Lakin İslam dini baxımından bu məsələyə diqqətlə yanaşmaq vacibdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
"Qurani-Kərimdə dəfələrlə bildirilib ki, insanın taleyinə, ruzisinə, sağlığına, uğuruna təsir edən yeganə qüvvə Allahdır. “De ki: Mənim üçün Allahın yazdığından başqa heç bir şey baş verməz” (Tövbə, 51). Bu ayə açıq şəkildə göstərir ki, insanın həyatını dəyişmək üçün müxtəlif rituallara, cadulara, sehrbazlara yönəlməsi əslində Allaha olan etimadsızlığın nəticəsidir.Peyğəmbərimiz (s.ə.s) bu mövzuda çox sərt xəbərdarlıqlar etmişdir. Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə buyurulur: “Kim kahinə (falçıya) müraciət edər və onun sözünü təsdiqləyərsə, Məhəmmədə nazil olanı inkar etmiş olar” (Əhməd ibn Hənbəl, “Müsnəd”)".
O bildirib ki, bu hədis açıq şəkildə göstərir ki, insan öz həyatını falçıların, cadugərlərin, ritualların hökmünə buraxdıqda, Quranın gətirdiyi həqiqətləri yaddan çıxarır:
"İslam alimləri bu məsələdə yekdil mövqedədirlər: Əgər bir əməl insanı Allaha yaxınlaşdırırsa, Quranda və Sünnədə onun əsası varsa – bu ibadət sayılır. Əgər əsası yoxdursa və insanların uydurmasıdırsa, bu “bidət” adlanır. İmam Şafii (r.ə) bildirirdi ki, “hər yeni şey bidətdir, hər bidət isə azğınlıqdır”. Burada söhbət xüsusilə dini don geyindirilib Allaha bağlanmayan, lakin cəmiyyətdə “inanclar” kimi yayılan rituallardan gedir.
Müasir dövrün psixoloqları da izah edir ki, insanlar çətinliklərlə qarşılaşdıqda qeyri-adi vasitələrə meyl edirlər. Bu, psixoloji zəiflikdən, ümid yeri axtarmaqdan doğur. Amma sağlam çıxış yolu elmə, real əməyə və Allaha təvəkkülə söykənməkdir. Quranda deyilir: “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər” (Talaq, 3).
Burada diqqət çəkən məqam odur ki, rituallara meyl edənlər çox vaxt dua, zikr, Quran oxuma kimi saf ibadətləri ikinci plana atırlar. Halbuki Peyğəmbərimiz (s.ə.s) buyurur: “Dua ibadətin özüdür” (Tirmizi). Əslində insanın qorunması, həyatında bərəkət və rahatlıq tapması üçün dua, sədəqə və saleh əməldən daha güclü vasitə yoxdur.
Nəticə olaraq qeyd etməliyəm ki, İslamda Allahdan başqa heç bir qüvvəyə ümid bağlamaq doğru deyil. Bizi qoruyan, ruzi verən, uğur bəxş edən yalnız Odur. Əgər insan imanını möhkəmləndirsə, Qurana, hədislərə və alimlərin təliminə sarılsa, heç vaxt şübhəli rituallara möhtac qalmaz. Həqiqi möminin qalxanı iman, duası isə ən təsirli “ritual”dır".
Əfsanə Kamal
Demokrat.az