"Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib.
İctimai müzakirədə çıxış edən ekspert Rauf Zeyni çıxışında layihəni yüksək qiymətləndirərək vətəndaş cəmiyyətinin roluna diqqət çəkib:
"Vətəndaş cəmiyyətinə təşəkkür edirəm. Uğurlu layihədir, bütün təhlilləri ilə. İctimai Şuralar olmayanda ictimai nəzarət daha yüksək idi, nəinki onlar yarandıqda. Mən demək istəyirəm ki, bir nəfər vətəndaş belə öz mövqeyini ortaya qoyanda bu, ictimai mövqedir. Amma 10 nəfər ictimai mövqeyini bildirməyəndə, bu, artıq mümkün olmur” – deyə Rauf Zeyni bildirib.
Qeyd edək ki, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.