YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İran dünyaya xəbərdarlıq etdi: "Təhdidlərə zərbə ilə cavab verəcəyik"

İran dünyaya xəbərdarlıq etdi: Təhdidlərə zərbə ilə cavab verəcəyik

İran Silahlı Qüvvələri ölkəyə qarşı yönələn təhdidlərin dünyanın istənilən nöqtəsində olmasından asılı olmayaraq, hərbi zərbə ilə cavablandırılacağını bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının komandan müavini Kəyumərs Heydəri açıqlama verib.

O bildirib ki, İran üçün ölkəyə qarşı təhdidin yarandığı istənilən məkan legitim hədəf hesab olunacaq.

"Dünyanın hansı ölkəsində yerləşməsindən asılı olmayaraq, bizə qarşı təhdidin yarandığı istənilən məkan bizim üçün legitim hədəf olacaq və oraya zərbə endiriləcək. İran Silahlı Qüvvələri ABŞ, İsrail və digər düşmən ölkələrin mümkün yanlış addımlarına istənilən vaxt cavab verməyə hazırdır", - deyə Heydəri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani də ABŞ-nin tətbiq etdiyi dəniz blokadası ilə bağlı açıqlama verib. O, blokadanı uğursuzluq əlaməti kimi qiymətləndirərək, onun yarılması istiqamətində əməliyyatların davam etdiyini bildirib.