“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüşü baş tutub. Amma bu gün konkrekt sülh razılaşması imzalanmasından danışa bilmərik. Erməni mediası hətta görüşdə sülh sazişinin imzalanacağını da iddia etmişdi”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılsa da, onun imzalanması rəsmi İrəvanın hələ də konstruktiv mövqe sərgiləyə bilməməsi səbəbindən gecikir:
“Prezident İlham Əliyev dəfələrlə Ermənistanı bu istiqamətdə cəsarətli addımlar atmağa çağırıb. Eyni zamanda ölkə başçımız qeyd edib ki, əgər Ermənistan Konstitusiyaya və normativ hüquqi aktlara düzəlişlər etməsə, Minsk Qrupunun ləğvini bəyanlamasa, o halda imzalanacaq sülh sənədinin də əhəmiyyəti olmayacaqdır. Deyə bilərəmki, dövlətimizin ikitərəfli formatda münasibətləri irəli aparmaq, problemləri həll etməklə bağlı irəli sürdüyü ideya müsbət nəticələrini verməkdədir. Ötən il Azərbaycan və Ermənistan arasında, ikitərəfli qaydada, hər hansı üçüncü tərəfin iştirakı olmadan aparılan danışıqların nəticəsində təqribən 1007 km-lik şərti sərhəd zolağının 12,7 km-lik hissəsi dəqiqləşdirildi, delimitasiya və demarkasiya prosesi başa çatdırıldı, həmçinin işğaldakı 4 kəndimiz azad edildi. Lakin sonradan proses Ermənistanın qərarsızlığı ucbatından dayandı. Nəhayətki Əbu-Dabi görüşü uzun müddətdən sonra sülh üçün əməlli addım adlandıra bilərik”.
Leyla Turan
Demokrat.az