Gediş haqqı 1 manat yox, bu qədər arta bilər — AÇIQLAMA

GÜNDƏM 28 avqust 2025, 14:28
“Daşıyıcı şirkətlər tez-tez narazılıq edirlər ki, bu sahədə çalışmaq onlar üçün səmərəli deyil, çünki qazanc əldə edə bilmirlər, gediş haqqı ucuzdur, avtobusların yenilənməsi çətindir. Çünki qanunla ictimai nəqliyyatda fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verəv və ekoloji təmiz olmalıdır”. 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, gediş haqqının kəskin şəkildə artacağını düşünmür:

“Düşünmürəm ki, gediş haqqı kəskin olaraq artsın. Olsa da, az miqdarda artım ola bilər. Şayiələr dolaşır ki, guya 1 manat olacaq. Amma o qədər ola bilməz. Yüksəlsə də, çox az ola bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top