Gəncə şəhərində 1996-cı il təvəllüdlü Daşkəsən rayon sakini Elvin yetkinlik yaşına çatmayan Vüsalə (adlar şərtidir – red.) ilə ailə qurub, onunla cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Elvin aralarında rəsmi nikah olmadan ər-arvad münasibətlərində olduğu 2008-ci il təvəllüdlü Vüsalənin on dörd yaşına çatmadığını bildiyi və sonuncu ilə aralarında iki ildən çox yaş fərqi olduğu halda cinsi ehtirasını təmin etmək məqsədilə onu özünün könüllü razılığı ilə yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsində yerləşən evinə aparıb.
Fərdi yaşayış evinin yataq otağında 29 noyabr 2021-ci ildə Vüsalə ilə təbii yolla cinsi əlaqədə olub. Sonra isə həmin ilin noyabrın 29-dan 2022-ci ilin noyabrın 14-dək mütəmadi olaraq yaşadığı fərdi yaşayış evində Vüsalə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Elvinin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Daşkəsən rayonunun kəndində qeydiyyatda olub və Gəncə şəhəri Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır:
“Zərərçəkmiş Vüsaləni 2021-ci ildə 13 yaşı olarkən evlənmək məqsədi ilə qaçırtmışam. Vüsalənin yaşı çatmadığı üçün biz qeyri-rəsmi ər-arvad münasibətində yaşamışıq. İlk dəfə Vüsalə ilə həmin ilin noyabrın 29-da yaşadığım nömrəsiz fərdi yaşayış evində öz razılığı ilə cinsi əlaqədə olmuşam. Sonralar isə mütəmadi olaraq həmin evin yataq otağında 14 noyabr 2022-ci ilə kimi onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşuq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsalə ilə tanış olan zaman ona 15 yaşı olduğunu söyləyib:
“29 may 2023-cü ildə işdən evə gəldikdə Vüsalənin evdə olmadığını, ona zəng edərək harada olduğunu soruşdum. Vüsalə anası Vahidənin 1 evində olduğunu söylədi. Bundan sonra Vahidənin yaşadığı evinə getdim. Həmin evdə Vüsaləyə mənimlə yaşadığımız evə getməsini istədim. Lakin Vüsalə mənimlə razılaşmadığı üçün onunla dalaşdım. Bu zaman Vahidə aramıza girdiyi üçün Vüsaləni buraxaraq evdən getdim. Bir müddət sonra isə Vüsalə ilə barışdım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2021-ci ilin iyul ayında onlarla qonşuluqda yaşayan Elvin ilə tanış olub və təxminən 3 aya yaxın onunla münasibət saxladıqdan sonra həmin ilin noyabr ayında öz razılığı ilə qoşularaq qaçıb və Elvinlə ailə həyatı qurub:
“Bir müddət Elvinin yaşadığı Gəncə şəhəri Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşadıq. Noyabr ayının 29-da birinci dəfə Elvinin yaşadığı evin yataq otağında onunla öz razılığım ilə cinsi əlaqədə oldum. Sonra isə biz qeyri-rəsmi ər-arvad münasibətində yaşamaqda davam etdik. Bizim münasibətlərimiz həmişə normal olub”.
Zərərçəkmiş qeyd edib ki, 14 noyabr 2022-ci ildə Elvinlə sonuncu dəfə yaşadıqları evdə cinsi əlaqədə olduqdan sonra onların münasibəti pozulub:
“Mən anamın evinə getdim. Elvin isə çoban işlədiyi Füzuli rayonuna getdim. 2023-cü ilin mayın 23-də anam ilə parka gəzməyə getdim. Parkdan qayıtdıqdan sonra Elvin zəng edərək harada olduğumu soruşdu. Mən Elvinə anamgildə olduğumu dedim. Bir müddət keçdikdən sonra Elvin anamgilə gəldi və məndən onunla birgə yaşadığımız Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə getməyimi istədi. Mən razılaşmayanda aramızda mübahisə yarandı, biz dalaşdıq Həmin vaxt anam aramıza girdi və Elvin evdən getdi”.
Vüsalənin bildirdiyinə görə, Elvin getdikdən sonra əsəbləşib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verib:
“Daha sonra bizi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etdilər. Polis Şöbəsində aparılan araşdırma zamanı məlum oldu ki, Elvin mənimlə qeyri-rəsmi ailə həyatı quran zaman 13 yaşım olub. Mən ilk dəfə Elvinlə 2021-ci ilin noyabrın 29-da onun yaşadığı evində, sonuncu dəfə isə 2022-ci ilin noyabrın 14-də həmin evin yataq otağında həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elvin 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından həbs edilib.
Fariz Məlikli
Demokrat.az