"Broyler" toyuqlar kənd toyuğu adı altına satılır: Üzərində nələr qeyd olunmalıdır?

GÜNDƏM 12 iyun 2025, 18:21
""Broyler" və kənd toyuğu pərakəndə və topdan satış məntəqələrində satılmalıdır. Satış edilən yerlərdə vətəndaşlara mütləq etiket məlumatları verilməlidir. "Broyler" toyuğun kənd toyuğu adı altında satılması qida saxtakarlığıdır. Buna beynəlxalq yanaşmada "food fraud" adı verilir. Hər iki toyuq növündə salmanello bakteriyasi riski mövcuddur. Məhsullar donmuş halda satılırsa, ictimai iaşə obyektlərində istifadə olunduğu halda mütləq +5 dərəcə selsiyə gətirilməlidir. Bundan başqa baş verən hər hansı davranış zəhərlənmə riski yaratmış olacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib. 

"Kənd məhsulu adı altında satılan məhsullar konkret bilinən yerdən alınmalıdır. Bununla bağlı hansısa sahə, ferma olmalıdır ki, məhsullar satış üçün nəzərdə tutulmuş olsun. Əks halda balaca cücələrin 3 ədədinin 10 manata satılması kimi hallar yolverilməzdir. "Broyler" məhsulları polietillen paketlərində qablaşdırılaraq satılır və üzərlərində 523 saylı "Qida Təhlükəsizliyi haqqında" qanunun 17.2 maddəsi tələbi ilə etiket məlumatları, istehsalçının adı, yerləşdiyi ünvan, saxlamaq üçün nəzərdə tutulan temperatur dərəcəsi, tərkibi haqqında məlumatlar öz əksini tapmalıdır".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top