Kiçik bir narazılığa görə boşanan qadınlar qəhrəmana çevrilib — Tahir Rzayev

GÜNDƏM 30 iyul 2025, 17:43
“Çox təəssüflər olsun ki, gender bərabərliyi adı altında, müəyyən hallarda qadın zorakılığı ilə bağlı statistikaları çox şişirdirlər, ailə dəyərlərinə zərbə vurmaq istəyirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Tahir Rzayev deyib. O bildirib ki, televiziya kanallarında yayımlanan verilişlərdə problemli ailələr təbliğ edilir:

Azərbaycanda qadınlara qarşı müəyyən xırda narazılıqları, xoşagəlməz halları bəzən ciddi zorakılıq kimi qələmə verirlər. Bunlar xaricdən gəlmə meyillərdir. Televiziya kanalları problemli ailələri gətirib efirə çıxarırlar, kim kimlə dalaşıb, kim kimdən inciyib – bu gün kanalların mövzusu elə budur, dava-dalaş, ailə problemləri. Amma Azərbaycanda sağlam ailələr çoxdur, minlərlə belə ailələr var. Bəzən elə mənəviyyatsız verilişlər efirə çıxarılır, elə ailələr nümayiş etdirilir ki, adam dəhşətə gəlir”.

Tahir Rzayev qeyd edib ki, efirlərdə boşanmaların qəhrəmanlıq kimi təqdim edilməsi doğru deyil:

“Bəzən görürük ki, kimsə çıxır efirdə 4–5 dəfə ərə getməyi təbliğ edir, bunu da qadın hüququnun təmin olunması kimi qələmə verir. Xırda bir problemə görə ailəsini dağıdan, uşağını ortada qoyan qadınlar özlərini televiziya kanallarında qəhrəmana çeviriblər. Danışırlar ki, bəs
ayrıldım, kişini yola saldım, hüquqlarımı tapdalayırdı, məni incidirdi. Bu problemlərin həlli ondadır ki, nümunəvi qadınlar efirlərdə olmalıdırlar, biz onları təbliğ etməliyik”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top