Bu halda gənclər gedib peşə təhsili almayacaq — Millət vəkili

GÜNDƏM 30 iyul 2025, 17:13
“Bu gün peşə təhsilinin inkişafı dövlətin qarşısında duran əsas və vacib vəzifələrdən biridir. Dövlət bu sahəyə xüsusi diqqət göstərir. Yeni peşə məktəbləri yaradılır, bu istiqamətdə mühüm addımlar atılır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, peşə təhsilində olan təhsil haqları ilə universitetlərdəki təhsil haqları arasında ciddi bir fərq olmalıdır.

“Bu fərq olmadığı təqdirdə, gənclər gedib yüksək təhsil haqqı ilə peşə təhsili almayacaqlar. Ona görə, ciddi bir yanaşmanı, stimullaşdırmanı ortaya qoymalıyıq ki, gənclər də düzgün seçim etsinlər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 14:44
Top