Əfqanıstan BMT-ni tənqid etdi

DÜNYA 30 iyul 2025, 23:40
"Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan BMT-ni yeni hakimiyyət nümayəndələrinin ölkəni təmsil etmələrinə icazə vermədiyinə görə tənqid edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Ariana News"a istinadla xəbər verir.

"BMT neytral təşkilat olaraq qalmalı idi. Lakin o, indi öz səmərəliliyini və müstəqilliyini itirərək, Qərbin siyasi gündəliyinin tələblərini yerinə yetirir", - deyə Əfqanıstanın nümayəndəsi Zəbihullah Mücahid vurğulayıb.

Mücahid, həmçinin xatırladıb ki, hazırda Kabil BMT-də əvvəlki hökumətin təyin etdiyi diplomat Nasir Əhməd Faiq tərəfindən təmsil olunur:

"O, hansı prinsiplər və protokollar əsasında hərəkət edir? Onun daxili legitimliyi yoxdur və Əfqanıstan xalqını təmsil etmir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top