Fələstini tanıyacaqlarını açıqladı

DÜNYA 31 iyul 2025, 09:04
Kanada sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq.

Demokrat.az xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni deyib.

“Kanada Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında Fələstin dövlətini tanımaq niyyətindədir”, - deyə Baş nazirin saytında dərc olunan bəyanatda qeyd olunub.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron da Fələstini dövlət kimi tanıyacağını açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 21:59
31 iyul 2025, 21:32
Top