
Rusiya və ABŞ arasında ticari-iqtisadi münasibətlər minimum səviyyədədir, lakin bu vəziyyətdə qalmamalıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"ABŞ Prezidenti Donald Trampın Rusiya-ABŞ biznesinin demək olar ki, sıfır səviyyəsində olması ilə bağlı səsləndirdiyi fikirlə razılaşmağa məcburam. Lakin onun bu vəziyyətdə qalmalı olmasına dair dedikləri ilə razılaşmıram", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl D.Tramp “Truth Social” şəbəkəsində yazıb ki, onu Hindistan və Rusiya arasında ticari-iqtisadi münasibətlər, eləcə də onların "ölü" iqtisadiyyatının bərpası maraqlandırmır. Onun sözlərinə görə, ABŞ-nin yüksək tariflər səbəbindən Hindistanla işgüzar əlaqələri çox zəifdir, Rusiya ilə isə demək olar ki, heç bir biznesi yoxdur.