İpoteka satışında yeni QAYDALAR

İQTİSADİYYAT 01 avqust 2025, 15:11
Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İpoteka haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunur.

Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar qanundan çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top