Toyuq yoxsa mal əti? — Hansı DAHA FAYDALIDIR?

GÜNDƏM 01 avqust 2025, 22:35
Toyuq, yoxsa mal əti? Alimlər hansı ətin həzm sistemi üçün daha faydalı olduğunu müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, İspaniyada aparılan bir araşdırma göstərib ki, toyuq əti bağırsaq mikroflorasına yağsız mal ətindən daha mənfi təsir göstərə bilər.

Tədqiqatda 18–22 yaş arası 16 sağlam könüllü iştirak edib. Onlar səkkiz həftə ərzində ya toyuq, ya da mal əti əsaslı pəhrizə riayət ediblər. Alimlər müəyyən ediblər ki, toyuq əti ilə zəngin olan qidalanma bağırsaqdakı bakteriya müxtəlifliyini artırır və iltihab, həmçinin bağırsaq xərçəngi riski ilə əlaqələndirilən zərərli mikroorqanizmlərin sayını artırır.

Bundan əlavə, iştirakçılarda qanda şəkər səviyyəsinin tənzimlənməsi pisləşib və immun sistemi ilə həzm sağlamlığı üçün vacib olan amin turşularının istehsalı azalıb.

Eyni zamanda, mal əti əsaslı pəhriz bağırsaqda faydalı Blautia bakteriyasının çoxalmasına səbəb olub. Bu bakteriya bağırsağın selikli qişasını möhkəmləndirir və iltihabların qarşısını alır.

Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, yağsız mal ətinin orta miqdarda istehlakı bağırsaq mikrobiomu və digər sağlamlıq göstəriciləri üçün faydalı ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top