Kamçatkada bir saat ərzində maqnitudası 5-dən yuxarı olan üç zəlzələ baş verib

DÜNYA 02 avqust 2025, 00:15
Kamçatka yarımadasının sahillərində yerli vaxtla saat 16:33-17:39 (Bakı vaxtı ilə 20:33 və 21:39) arasında 5,0, 5,8, 5,2 və 5,2 bal gücündə üç zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 187 km, ikinci - 238 km, üçüncü - 218 km aralıda baş verib.

Birinci seysmoloji hadisənin episentri 18,9 km, ikincisi 44,8 km, üçüncüsü isə 33,8 km dərinlikdə yerləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 11:04
Top