İnfarkt həm dünyada, həm də Azərbaycanda vaxtsız ölümün əsas səbəblərindən biri olaraq qalır.
Demokrat.az xəbər verir ki, həkimlər daim xatırladır: ürək sağlamlığını qorumaq üçün balanslı qidalanmaq, fiziki aktiv olmaq, daha çox təmiz havada vaxt keçirmək və mütəmadi olaraq kardioloq müayinəsindən keçmək vacibdir.
İnfarktdan əvvəl ürəkdə ağrı necə hiss olunur?
İnfarktın ən səciyyəvi əlaməti
Həkimlərin sözlərinə görə, infarktın ən xarakterik əlaməti – qəfil başlayan, son dərəcə kəskin sinə ağrısıdır. Bu ağrı yanma, gərilmə və içəridən sıxılma hissi ilə müşahidə olunur.
Ağrı sol çiyinə, kürək sümükləri arasına, boyuna və ya qol boyunca aşağıya yayılaraq hiss edilə bilər. Bütün bu əlamətlər ürək əzələsinin oksigen çatışmazlığı ilə bağlıdır.
Bu ağrı dərinlikdə yerləşir, çox güclü yanma hissi verir. Bu, miokard (ürək əzələsi) toxumasının oksigen çatışmazlığından əziyyət çəkməyə başlaması ilə bağlıdır
Bəzi insanlarda ağrı olmaya bilər
Həkimlər qeyd edirlər ki, şəkərli diabetin ağır forması olan şəxslərdə infarkt zamanı ağrı ya zəif olur, ya da ümumiyyətlə müşahidə olunmur. Belə hallarda infarkt aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
Ani zəiflik,
Qan təzyiqinin düşməsi,
Ürək ritminin pozulması,
Soyuq və yapışqan tər.
İnfarkt ağrısının fərqli xüsusiyyəti
Bu ağrının fərqli xüsusiyyəti ondan ibarətdir ki, bədən vəziyyəti dəyişsə belə, ağrının xarakteri dəyişmir – nə azalır, nə də yüngülləşir.
İnfarktdan şübhələnirsinizsə nə etməli?
Həkimlərin tövsiyələri:
Dərhal uzanmaq (horizontal vəziyyət almaq),
Dil altına 1 tablet nitroqliserin qoymaq və ya heç olmasa
1 aspirin çeynəmək,
Təcili yardım çağırmaq.
İnfarktın diaqnostikası və müalicəsi
Diaqnoz elektrokardioqramma və ürək markerləri üçün qan testləri ilə təsdiqlənir. Koronar angioqrafiya nə qədər tez aparılsa və tıxanmış arteriyaya stent qoyulsa, ürəyi çapıqsız saxlamaq şansı bir o qədər yüksək olar.
Müalicə
Nə qədər tez koronar angioqrafiya aparılıb tıxanmış arteriyaya stent yerləşdirilərsə, ürəyin çapıq olmadan qorunma şansı bir o qədər yüksəkdir.
Qadınlarda infarkt riski nə vaxt artır?
Həkimlər əlavə edirlər ki, infarkt qadınlarda kişilərə nisbətən daha az rast gəlinir. Bu, qadın hormonlarının qoruyucu təsiri ilə izah olunur. Lakin menopauzadan sonra bu təbii müdafiə mexanizmi itir və ürək xəstəlikləri riski əhəmiyyətli dərəcədə artır.(lent.az)