Dərs motivasiyası uşaqların təhsil uğurunda əsas rol oynayır. Uşağın özünü dərslərə həsr etməsi, düzgün istiqamətləndirilmə və ailə dəstəyi ilə mümkündür.
Pravda.az ailələrə aşağıdakı tövsiyələri təqdim edir:
Sağlam ünsiyyətə önəm verin
Uşağın dərsə həvəsini artırmaq üçün onunla daim açıq və anlayışlı ünsiyyətdə olmaq vacibdir. Onu dinləyən və dəstəkləyən valideynlər, övladlarının maraq və ehtiyaclarını daha yaxşı anlayaraq motivasiyanı gücləndirə bilər.
Sorumluluq verməkdən çəkinməyin
Ev işlərində və gündəlik qərarlarda uşağınıza kiçik məsuliyyətlər vermək, onda planlılıq və məsuliyyət hissini inkişaf etdirir. Bu, onun dərslərə yanaşmasına da müsbət təsir göstərir.
Daxili motivasiyanı gücləndirin
Uşağınızın öz məqsədlərini müəyyən etməsinə yardım edin və ona inandığınızı hiss etdirin. Uğur əldə etdikcə özünəinamı artacaq və daha çox çalışacaq.
Qarşılaşdırmadan uzaq durun
Uşağınızı başqa uşaqlarla müqayisə etmək əvəzinə, onun fərdi inkişafına fokuslanın. Tənqid və müqayisə əvəzinə təşviq və anlayışla yanaşmaq, onun ruhunu möhkəmləndirəcək və motivasiyasını qoruyacaq.
Valideynlərin bu incə məqamlara diqqət etməsi, uşağın təhsil həyatında uğurla irəliləməsinə böyük təsir göstərir.