“Azərbaycan Respublikası enerji strategiyası çərçivəsində mühüm bir mərhələyə qədəm qoyur. Belə ki, ölkəmiz Suriyaya təbii qaz ixracına başlayır. Bu addım Azərbaycanın enerji ixrac coğrafiyasının genişlənməsi və beynəlxalq enerji bazarlarında nüfuzunun artması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O bildirib ki, hazırda Azərbaycanın təbii qaz ixracı əsasən Avropa İttifaqı ölkələri, Türkiyə və Gürcüstan kimi tərəfdaşlara yönəlib:

“Suriyaya ixrac isə Azərbaycanın Yaxın Şərq regionuna ilk çıxışı olmaqla, enerji siyasətində yeni səhifə açır. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan strateji addımdır. Yeni bazarların açılması ölkə iqtisadiyyatına əlavə gəlir gətirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyində rolunu gücləndirir. Eyni zamanda, bu təşəbbüs Azərbaycanın enerji diplomatiyasının uğurla genişləndirildiyini və ölkəmizin qlobal enerji xəritəsində əhəmiyyətli oyunçuya çevrildiyini göstərir”.
Deputat qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və uzaqgörən enerji strategiyasının davamıdır:
“Enerji resurslarımızdan səmərəli və məqsədyönlü istifadə, ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, iqtisadi dayanıqlığın da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan bundan sonra da enerji ixracında mövcud bazarlarla yanaşı, yeni istiqamətlər üzrə fəaliyyətini davam etdirəcək. Bu, ölkəmizin yalnız enerji təchizatçısı deyil, həm də etibarlı və strateji tərəfdaş kimi beynəlxalq mövqeyinin daha da güclənməsinə şərait yaradacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az