Kamçatkada beş vulkanda aktivlik qeydə alınıb

DÜNYA 02 avqust 2025, 09:24

Hazırda Kamçatkada beş vulkan aktivdir və onlara yaxınlaşmaq tövsiyə edilmir.

Demokrat.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin fikrincə, Şiveluç və Klyuçevskoy vulkanlarında aktivlik iyulun 30-da baş verən güclü zəlzələdən sonra artmağa başlayıb. Qeyd olunub ki, dəniz səviyyəsindən 10 km yüksəkliyə qədər kül emissiyalarının qalxması mümkündür.

Bu səbəbdən də regional Turizm Nazirliyi tərəfindən Avaçinski vulkanına kütləvi dırmanmanın ləğvi barədə qərar qəbul edilib. Vulkan gününün qeyd olunması çərçivəsində proses avqustun 16-na planlaşdırılıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 14:53
02 avqust 2025, 12:30
Top