Boksçumuz finalda

İDMAN 02 avqust 2025, 11:04
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

Demokrat.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kiloqram) də rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 14:53
Top