Bir müddətdir Rusiyada bəzi media orqanlarında Azərbaycan əleyhinə təbliğat materiallar dərc edilir, bəzi rusiyalı ekspertlərin və siyasətçilərin ölkəmizə qarşı ittiham xarakterli əsassız çıxışları yayımlanır.
Modern.az mövzu ilə bağlı Rus icmasının Azərbaycandakı rəhbəri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb.
“Rusiya tərəfini sakitləşdirmək lazımdır. Birincisi, burada Azərbaycan Respublikasının Konstitusiyası var. Respublikamızın ərazisində yaşayan həm Azərbaycan, həm də digər xalqların əhalisinin hüquqları bu qanunlarla faktiki olaraq qorunur” – deyə o bildirib.
O qeyd edib ki, ən çətin illərdə belə, rus xalqı Azərbaycan xalqı ilə burada əl-ələ verib: “Azərbaycan həmişə ədalətli siyasətin tərəfində olub. Burada yüz illərdir ki, rus əhalisi azərbaycanlı əhalinin düşmənçiliyi ilə üzləşməməyib. Azərbaycan cəmiyyəti özü çox tolerantdır və bunu uzun onilliklər, əsrlər boyu müşahidə etmək olar ki, azərbaycanlılarla rus milliyətlə Azərbaycan vətəndaşları arasında heç vaxt qarşıdurma olmayıb”.
Azərbaycan hökumətinə, Heydər Əliyev Fonduna baxın, onlar Rus pravoslav kilsələrinə təmir edərkən nə qədər diqqətlə yanaşırlar.
“İstər Azərbaycan hökuməti, istərsə də onun xalqı, Azərbaycanda yaşayan rus xalqına hətta indiki dövrdə - ölkələr arasında siyasi qarşıdurma şəraitində belə, heç bir pis niyyət göstərilməyib”.
Rus icmasının sədri vurğulayıb ki, Azərbaycanda biz harmoniya içində yaşayırıq və özlüyündə Azərbaycan xalqının bu cür tolerant multikultural münasibəti bizə Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşı olmaq imkanı verir. Azərbaycanlılar burada yaşayan ruslara qarşı həmişə çox yaxşı davranıblar. Bunun əksini heç vaxt eşitməmişəm, görməmişəm.
“Azərbaycan Respublikası cəmiyyəti daxilində heç bir qarşıdurma yoxdur, Rusiyanın buna görə narahat olmağına dəyməz”- deyə sonda o qeyd edib.