Putini “çətin qoz”, Medvedevi isə “boşboğaz” adlandırdı

DÜNYA 02 avqust 2025, 16:50
ABŞ Prezidenti Donald Tramp son bir neçə ayda rusiyalı həmkarı Vladimir Putin haqqında fikirlərinin dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırıb.
 
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Newsmax”a müsahibəsində danışıb.
 
“Aydındır ki, o, “çətin qırılan qoz”dur, ona görə də bu mənada dəyişməyib. Amma mən təəccüblənirəm. Buna son qoya biləcəyimiz məqamda bizim çoxlu yaxşı görüşlərimiz oldu və sonra birdən bombalar yağmağa başladı”, - deyə Tramp söyləyib.
 
O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ABŞ-ni müharibə ilə hədələyən və Rusiya ilə “ultimatumlar dilində” danışmamağı tələb edən son açıqlamalarına da münasibət bildirib: “Rusiyanın keçmiş prezidenti, hazırda ən mühüm qurumlardan birinə rəhbərlik edən Medvedev nüvə silahı haqqında danışarkən çox pis fikirlər söylədi. Siz “nüvə” sözünü xatırladanda, bilirsiniz, gözlərim parıldayır və “yaxşı olar ki, biz ehtiyatlı olaq” deyirəm, çünki əsas təhlükə budur.
 
O bunu deməməli idi. O boşboğazdır. Keçmişdə belə şeylər deyirdi. Buna görə də biz həmişə hazır olmaq istəyirik. Bu səbəbdən bölgəyə iki nüvə sualtı qayığı göndərdim. Mən sadəcə əmin olmaq istəyirəm ki, onun dedikləri bundan ibarətdir, başqa bir şey deyil”.
 
Tramp əlavə edib ki, sualtı qayıqlar artıq Rusiyaya yaxınlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 avqust 2025, 17:40
Top