“Azərbaycan və Türkiyə Suriyanın indiki sistemini, hökumətini, düzənini dəstəkləmək üçün bir çox addımlar atır, çünki bu, Azərbaycanın strateji maraqlarına uyğundur”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Bundan öncəki dövrlərdə Bəşər Əsəd rejimi həm Türkiyə ilə, həm Azərbaycanla dost olmayan, hətta bəzən düşmən mövqeyindən çıxış edirdi. Ona görə bunun bir simvolik əhəmiyyəti var. Yəni Azərbaycanın bölgənin enerji təhlükəsizliyində oynadığı rolun daha da genişləndiyini göstərir.
Gələcəkdə bu boru kəmərlərinin Suriya üzərindən İsrailə qədər uzadılması məsələsi də var. Çünki SOCAR həm də İsraildə böyük neft-qaz payı alıb və gələcəkdə Azərbaycanın İsraildə hasil olunmuş neftin, qazın Türkiyə üzərindən bütün dünyaya çatdırılmasında mühüm payı ola bilər.
Düzdür, Suriyaya göndərilən qazın həcmi o qədər də böyük deyil, təqribən bir milyard, bir tam onda beş milyard illik həcmdə qaz ixrac olunacaq. Amma bunun həm iqtisadi, həm siyasi, həm də simvolik əhəmiyyəti həddindən artıq böyükdür”.
Əfsanə Kamal
Demokrat.az