“Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər” — Əfran İsmayılov

İDMAN 01 avqust 2025, 15:02
“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov UEFA Konfrans Liqasındakı mübarizələri ilə bağlı danışıb.

Demokrat.az xəbər verir ki, o, QOL.az-a açıqlamasında əvvəlcə 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanda “Aris”lə keçirilən oyundan (2:2) və komandanın avrokuboklarda uğurlu debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:  

“Həqiqətən turu keçmək, qələbələr gözəldir. Amma belə bir azarkeşlərin içində üstün olmaq lap möhtəşəmdir. Tribunaya Ermənistan bayrağı da gətirmişdilər. Oyun başlayanda da, bitəndə də bizə söyürdülər. Belə bir atmosferdə üstün olub mərhələ keçmək həqiqətən möhtəşəmdir. Heç nəyə fikir vermədik. Komanda kimi yığıldıq, dedik ki, heç bir təxribata getmək lazım deyil. Əsas odur ki, istədiyimizə nail olduq. Bu tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir. “Aris” çox yaxşı komandadır, güclü, keyfiyyətli futbolçuları var. Amma biz daha yaxşı oynadıq. Şükürlər olsun ki, ilk mərhələni keçdik. Bəli, böyük qələbədir. Çünki avrokuboklarda debüt ilidir. İki ildir yüksək liqada çıxış edirik. UEFA-da buna inanmırlar”. 

Ə.İsmayılov oyundan sonra komandalar arasında yaşanan insidentlə bağlı isə bunları deyib:  “Uduzmağı qəbul etmirdilər. Biz də komandanı başa saldıq ki, belə şeylər olacaq, fikir vermək lazım deyil. Futbolçuları yığıb paltardəyişmə otağına yollandıq. Əslində Yunanıstan klubu ilə oyunda belə təxribatın olması gözlənilən idi. Amma biz də öz oyunumuzla sübut etdik ki, güclüyük”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top