BQXK-nın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq

GÜNDƏM 01 avqust 2025, 20:00
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.

"Report"un məlumatına görə, bu barədə qurumun Azərbaycan Nümayəndəliyinin ölkədə diplomatik fəaliyyəti başa çatan rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib.

O, Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top