“Hazırda biz bölgəmizdə çox ciddi və dönüş nöqtəsi sayılacaq geosiyasi proseslərin şahidiyik. Bu proseslər, sadəcə adi diplomatik gedişlər deyil, həm də mövcud regional balansın dəyişməsi və yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından olduqca əhəmiyyətlidir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Rusiya Cənubi Qafqazda öz mövqelərini sürətlə itirir və bölgədən çəkilmək üzrədir:
“Bu, təkcə hərbi baxımdan deyil, siyasi və strateji mövcudluq baxımından da müşahidə olunur. Son hadisələr göstərir ki, Moskvanın bölgəyə təsiri artıq əvvəlki səviyyədə deyil və bu azalma tendensiyası daha da güclənməkdədir. Bu prosesdə Azərbaycanın oynadığı rol xüsusilə qeyd olunmalıdır. Azərbaycan öz suverenliyini təmin etmək, təhlükəsizliyini möhkəmləndirmək və bölgədə sabitliyi təmin etmək üçün ardıcıl və qətiyyətli addımlar atmaqdadır. Dövlətimizin həyata keçirdiyi siyasət bölgədə yeni status-kvonun əsas formalaşdırıcı faktoruna çevrilmişdir. Rusiyanın son günlərdə artan aqressiv ritorikası və təzyiq cəhdləri də məhz bu mövqelərinin zəifləməsinin təzahürüdür. Lakin reallıq ondan ibarətdir ki, bu proses artıq başlayıb və geriyə dönüş mümkün deyil. Yeni mərhələyə qədəm qoyan bölgəmizdə daha balanslı, sabit və təhlükəsiz gələcəyin qurulması üçün bu dəyişikliklər zəruridir”.
Leyla Turan
Demokrat.az