Kazino ölkələrə çox gəlir gətirən sahədir — Turizm eksperti

GÜNDƏM 01 avqust 2025, 19:00
“Müəyyən ölkələr var ki, sırf kazino biznesi ilə ölkəyə turistlər cəlb edirlər. Dünyada kazino oynayan müəyyən bir seqment var, onlar ilin müxtəlif fəsillərində kazino oynamaq üçün bu bölgələrə səfərlər edirlər”.

Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. O bildirib ki, sözügedən sahə çox gəlir gətirən sahədir:



“Əlbəttə ki, bu, biznes olaraq çox gəlirli biznesdir. Vergi daxilolmalarını artırır, kazino oynamağa gələn şəxslər həm də hotellərdə qalırlar, müxtəlif xərcləmələr edirlər. Əsasən çox pul xərcləyən seqmentdir.

Bu, ölkənin strateji maraqlarına bağlıdır. Ölkə özünü hansı biznes növü üzrə mövqeləndirməyə çalışırsa, o cür turizm məhsulları hazırlayır və təqdim edir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top