Bakıdan Şama qaz körpüsü — Enerji siyasətində yeni səhifə

GÜNDƏM 01 avqust 2025, 19:35
“Azərbaycan qazının Suriyaya ixracına başlanılması bölgədəki geosiyasi dinamika, enerji bazarı və Azərbaycanın iqtisadi maraqları baxımından çox önəmli bir hadisədir. Sabah Kilisdə keçiriləcək rəsmi mərasimlə bu proses rəsmiləşəcək”.

Bu barədə Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı bildirib.

“Əgər bu ixrac uzunmüddətli layihəyə çevrilərsə, Azərbaycan qazının Türkiyə üzərindən Suriyanın şimalına, oradan da potensial olaraq İordaniya, Livan və hətta Misirə uzadılması texniki olaraq mümkündür. Bu isə Azərbaycanı yalnız Avropa deyil, Yaxın Şərq enerji oyunçusu halına gətirə bilər. Qaz ixracı valyuta gəlirləri baxımından Azərbaycana milyonlarla dollar əlavə qazanc gətirəcək. Suriyanın enerji böhranı səbəbindən təbii qaza ehtiyacı yüksəkdir və bu tələb Azərbaycanın maraqlarına uyğun şəkildə qiymətləndirilə bilər. Kilis üzərindən reallaşacaq bu ixrac Azərbaycan-Türkiyə enerji tərəfdaşlığını daha da gücləndirir. TANAP, BTC, STAR kimi layihələrdən sonra bu, iki ölkə arasında enerji körpüsünün yeni mərhələsi sayıla bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top