Azərbaycan UEFA əmsallar cədvəlində Rusiyanı geridə qoydu

İDMAN 31 iyul 2025, 11:09
"Qarabağ"ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Şelburn" klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyinə təsir edib.

Demokrat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.

Müəyyən səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 21:59
31 iyul 2025, 21:32
Top