Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer açıqlanıb

İDMAN 30 iyul 2025, 16:30
Futbol üzrə 2026-cı il Dünya Çempionatının püşkatma mərasiminin keçiriləcəyi tarix və yer rəsmən açıqlanıb.

Demokrat.az xəbər verir ki, püşkatma mərasimi dekabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində baş tutacaq.

FIFA-nın təşkil etdiyi bu çempionat bir çox baxımdan tarixə düşəcək. İlk dəfə olaraq turnirdə 48 milli komanda iştirak edəcək. Əvvəlki illərdə bu rəqəm 32 olub. Turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada birgə təşkil olunacaq. Bu da turnirin 3 ölkədə keçiriləcəyi ilk dünya çempionatıdır.

Xatırladaq ki, sonuncu – 2022-ci il dünya çempionatının qalibi Argentina millisi olub. Finalda Fransa ilə dramatik qarşılaşmada penaltilər seriyasında qalib gələn cənubi amerikalılar üçüncü dəfə dünya çempionu titulunu qazanıb.

Yeni formatda keçiriləcək 2026-cı il dünya çempionatı həm idman baxımından, həm də iqtisadi və coğrafi əhatəlilik baxımından futbol tarixində yeni bir mərhələ olacaq. Genişləndirilmiş iştirakçı sayı daha çox ölkəyə dünya arenasında özünü göstərmək fürsəti yaradacaq. Püşkatma mərasimi isə bu nəhəng turnirin rəsmi start nöqtəsi hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 14:44
Top