“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı — Geri çağırıldı

SOSİAL 31 iyul 2025, 13:50
İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

Bu barədə Demokrat.az-a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.

Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.

Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.

 Bizi Facebookda izləyin
   







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top