Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verdi

GÜNDƏM 01 avqust 2025, 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, M.Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top