Bərdədə batan yeniyetmənin kimliyi BİLİNDİ

HADİSƏ 01 avqust 2025, 10:11
Bərdədə suda boğulan 16 yaşlı oğlanın kimliyi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində baş verib.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Bəhrəm oğlu Rüstəmov həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top