
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov danışıb.
O bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.