"Niyə bəzi məktəblər direktorsuz qalıb?" — Ekspert TƏNQİD ETDİ

SOSİAL 31 iyul 2025, 17:10
 “Bu sualı mən də ünvanlamaq istəyirəm. Niyə bir çox məktəblərdə direktor vəzifəsi boş qalıb?”

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, direktorların işə qəbul müsabiqəsində xeyli sayda istedadlı namizədlər gözləmə mövqeyində dayanır, çox az sayda namizədlər işlə təmin olunurlar:



“Başa düşüləndir ki, aparılan yoxlamalar nəticəsində bəzi məktəblərdə yol verilən nöqsanlara görə direktorlar vəzifəsindən yeni azad edilib. Lakin uzun müddətdir direktor postu boş qalan məktəbləri başa düşmürəm. Bəzi məktəblər var ki, orada direktor vəzifəsini kimsə icra edir, niyə? Bu qədər çətin prosesdir bu? Bu məsələdə paradoksallıq var. Bir tərəfdə özünün təyinatını gözləyən, illərdir bu posta layiq olan şəxslər, digər tərəfdə isə direktorsuz qalan məktəblər”. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top