"Brent" neftin qiyməti 72 dollara ÇATIR

İQTİSADİYYAT 01 avqust 2025, 10:40
Dünya əmtəə bazarlarında neft cüzi bahalaşıb.

Demokrat.az xəbər verir ki, 2025-ci ilin sentyabr və oktyabr ayları üzrə fyuçers müqavilələrinə əsasən neftin qiymətində cüzi artım müşahidə olunub. Belə ki, WTI (Nymex) markalı neftin bir barreli 0,10 dollar və ya 0,14% artaraq 69,36 dollara bərabər olub. Brent (ICE) markalı neftin qiyməti isə 0,12 dollar və ya 0,17% artaraq 71,82 dollarna yüksəlib.

Artıma səbəb kimi bazarda təklif-tələb balansına dair sabit gözləntilər və neft istehsalçısı ölkələrin hasilat strategiyaları ilə bağlı dəyişikliklərin olmaması göstərilir.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top