Rektor Yaqub Piriyev 87 min manata sedan tipli avtomobil almaq istəyibmiş

SOSİAL 01 avqust 2025, 10:27
Bakı Mühəndislik Universiteti sedan tipli minik avtomobilinin alınması ilə bağlı elan etdiyi 86.650 manat dəyərində tenderi ləğv edib.

Ləğvə səbəb olaraq, satınalmada iştirak etmək üçün təklif və təminat təqdim etmiş, tələb olunan halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən, yetərsay olmadığı üçün tender baş tutmayıb.

Qeyd edək ki, universitetin rektoru Yaqub Piriyevdir. (32gun.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top