Jurnalist alimi tanımırsa, alim niyə jurnalisti tanısın? — Aqil Abbas

GÜNDƏM 31 iyul 2025, 13:09
Dünyanın bir çox inkişaf etmiş ölkələrində alimlər cəmiyyətin fəxri simaları kimi qəbul olunur, onların elmi nailiyyətləri geniş şəkildə təbliğ olunur. Elm adamları həm medianın, həm də dövlət və ictimai qurumların dəstəyi ilə gənclər üçün ilham mənbəyinə çevrilirlər. 

Demokrat.az-a açıqlamasında deputat Aqil Abbas deyib ki, jurnalistlər alimlərlə maraqlanmırlar:

“Jurnalist alimi tanımırsa, alim niyə jurnalisti tanısın? Rafiq Əliyev, İsa Həbibbəyli kimi alimlərimiz var. Gənc alimlərə gəldikdə isə onların çoxunu mən də tanımıram. Yalnız bəzilərini tanıyıram”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top