Yeni QANUN: Məhkəməyə müraciət etmədən mirasdan pay ala biləcəksiniz

GÜNDƏM 31 iyul 2025, 20:52
"1325-ci maddəyə edilmiş dəyişiklik vərəsələrin vərəsə paylarının alınması üçün onların bu barədə müraciətlərini və ya müraciət etmədən də onların hüquqlarını daha da asanlaşdırır. Belə ki, 1325-ci maddədə qeyd edilir ki, artıq miras şərikləri hansındansa biri, yəni miras əmlakdan pay tələb edən şəxs müraciət etdikdə, müraciət etməyən şəxs də əgər vərəsədirsə, müəyyən ediləcək və ona da vərəsəlik şəhadətnaməsinin verilməsi həmin qanunla nəzərdə tutulmuşdur".

Bunu Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.

"Təbii ki, burada mirasa müraciət edən şəxsə vərəsəlik şəhadətnaməsi əvvəlki qaydada, Mülki Məcəllədə və Notariat fəaliyyət haqqında qanunda qeyd edildiyi kimi, müraciət edən şəxsə vərəsəlik şəhadətnaməsi verilirdi, həmin vərəsəlik şəhadətnaməsi əsasında da çıxarış alınırdı. Bu qanunda isə müraciət edən şəxs müraciət etdiyi andan digər vərəsələr müəyyən ediləcək və həmin vərəsələrin də payları müəyyən edilərək vərəsəlik şəhadətnaməsində onların adı qeyd ediləcək və ona uyğun olaraq çıxarış veriləcək. Həmin şəxsin hüquqları artıq məhkəməyə vermədən də bərpa olunacaqdır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top