YapiKredi Müraciət Forması
Dünya

"Nvidia"nın eşq macəralarında adı hallanan rəhbəri istefa verdi

Nvidianın eşq macəralarında adı hallanan rəhbəri istefa verdi

Nvidia şirkətinin baş direktoru (CEO) Censen Huang vəzifəsini tərk edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, şirkətə müvəqqəti olaraq maliyyə direktoru Kollett Kress rəhbərlik edəcək.

Qeyd edək ki, noyabrın əvvəlində Huangın çinli iş qadını, onunla eyni soyadı daşıyan və Sinqapurda yerləşən "Megaspeed" şirkətinin təsisçisi Elis Huangla münasibətdə olduğu iddia edilmişdi. Həmin şirkət "Nvidia" çiplərinin satın alınması ilə məşğuldur.

ABŞ xüsusi xidmət orqanları Elis Huangın Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyindən şübhələnib. Pekin isə bu ittihamları rədd edib.

Daha sonra "Nvidia"nın hazırkı və keçmiş beş əməkdaşına istinadən Censen Huangın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti, 48 yaşlı Kimberli Pauelllə də münasibətdə olduğu iddia edilib. Bildirilib ki, Pauell birbaşa Huangın tabeliyində çalışır.

NE
Nihadə Eyyubova