YapiKredi Müraciət Forması
Dünya

"Onların yüzmilyardlarla dolları və boğaz artıq bizim əlimizdədir"

Onların yüzmilyardlarla dolları və boğaz artıq bizim əlimizdədir

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparmaq və razılaşma əldə etmək zərurətinin artıq aradan qalxdığını bildirib.

Demokrat.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Trampın sözlərinə görə, Vaşinqton üçün Tehranla razılaşma əldə etməyin artıq əhəmiyyəti yoxdur.

"İranla razılaşmaya ehtiyacımız yoxdur. Bunun üçün nəzərdə tutulan vaxt çoxdan geridə qalıb. Onların yüzmilyardlarla dolları və boğaz artıq bizim əlimizdədir", – deyə ABŞ Prezidenti qeyd edib.

NE
Nihadə Eyyubova