"2025-ci il iyul ayının 1-dən yaxın qohumlar arasında nikahı qadağan edən qanun qüvvəyə mindi və bu, çox düşünülmüş, ictimai müzakirələrdə, parlamentdə müzakirə olunmuş qanun idi".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı yanaşma fərqli idi:
"Cəmiyyətin bir hissəsi bildirirlər ki, bu qanun insanların ailə qurarkən seçim azadlığına mane olur, seçim haqqına girir. Amma dövlət cəmiyyətin, genefonun, millətin, toplumun mənafeyini, sağlamlığını əldə rəhbər tutaraq məhz belə bir iradə ortaya qoydu. Bu düzgün yanaşmadır. Çünki Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumların ekspertlərinin də gəldiyi qənaət bundan ibarət idi ki, yaxın qohumlar arasında nikah irsi qan xəstəlikləri fonunda bir sıra təhdidlər yaradır, sağlam gələcəyi təhdid edir. Ona görə dövlətin mövqeyi, iradəsi təqdirəlayiqdir və onu dəstəkləmək lazımdır".
Ekspertin sözlərinə görə, bu qanun işləməsi üçün bir qədər adaptasiya prosesi lazım olacaq, cəmiyyətdə hüquqi maarifləndirmə işləri aparılmalıdır:
"Əslində, Azərbaycanda yaxın qohumlar arasında nikah statistikasında xeyli azalma müşahidə olunurdu. Çünki uzun illərdir bununla bağlı televiziyalar, kütləvi informasiya vasitələri təşviqat apardılar ki, yaxın qohumlar arasında nikah irsi qan xəstəlikləri fonunda problem yaradır. Ona görə biz hətta nikah müqavilələrinin statistik təhlil edəndə də görürük ki, yaxın qohumlar arasında nikah müqaviləsi təqribən 2000-3000 arasında idi, yəni əvvəlki illərə nisbətən xeyli aşağı düşmüşdü. Amma əvvəl, 50-60% nikah müqaviləsi yaxın qohumlar arasında bağlanırdı.Hesab edirəm ki, yeni yanaşma yaxın qohumlar arasında nikah müqaviləsinin qarşısını alan qanun fonunda, işə yarayacaq".
Əfsanə Kamal
Demokrat.az