“Rusiya çox qəzəblidir. Bütün istiqamətlərdə dünyaya meydan oxumağa çalışır. Lakin hələ də Ukrayna bataqlığından çıxa bilmir”.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının qurucusu, sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında ikitərəfli görüş, bu görüşdə gələcək hədəflərə yönələn, Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına yönələn danışıqlar, hər iki dövlətin bu baxımdan eyni tərəfdən çıxış etməsi Rusiyanı qıcıqlandırır:
“Son vaxtlar Azərbaycan və Ermənistanın müstəqil siyasət yürütməsi, Paşinyanın Ərdoğanla görüşü, aparılan danışıqlar, əldə olunan razılıqlar Azərbaycanın maraqlarına uyğun gəlir.
Onlar bəhanə axtarırlar, ən müxtəlif bəhanələrlə Azərbaycanı təhdid edirlər. Türkiyə ilə Azərbaycanın güclü birliyini göz önünə gətirərək Azərbaycana qarşı açıq hərbi təhdidlər törətmək cəsarətində olmayan Rusiya oradakı soydaşlarımızı sıxışdırır, öldürür, əsassız olaraq həbs edir, deportasiya edir.
İndi də ortaya sərsəm fikirlər atırlar ki, guya Azərbaycanın NATO-ya qoşulmaq niyyəti var. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycanın heç bir bloka qoşulmamaq kimi xalq qarşısında öhdəliyi var. Bütün bu təhdidlər, təzyiqlər heç bir nəticə verməyəcək”.
Cavidan Mirzəzadə
Demokrat.az