Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

DÜNYA 30 iyul 2025, 18:53
Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer alan məlumatlarla bağlı bəyanatla çıxış edib.

Modern.az xəbər verir ki, bu məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün səfirlik operativ şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı qeyd olunub ki, bu məsələ ilə əlaqədar Azərbaycanın səlahiyyətli orqanlarından səfirliyə heç bir rəsmi müraciət daxil olmayıb.

Eyni zamanda, vəziyyətin ictimai əhəmiyyətini və Azərbaycan ziyalılarının nümayəndələrinin narahatlığını nəzərə alan səfirlik C.Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər səlahiyyətli orqanlarına rəsmi sorğular göndərməyi R.Balayevə tövsiyə edib.

Səfirlik onu da vurğulayıb ki, C.Mirzəyevanın Rusiya Federasiyasında mümkün vətəndaşlığı nəzərə alınaraq, məsələ Azərbaycan ilə Rusiya arasında ikitərəfli müqavilə və konvensiyaların müddəalarına uyğun həll edilməlidir.

Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq onun adından yayılan məlumatlardan xəbərsiz olduğunu qeyd edib, məsələyə diqqət ayırdığına və həllinə köməklik göstərməyə hazır olduğuna görə səfirliyə təşəkkürünü bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 iyul 2025, 14:44
Top