Zaxarovanın fikirlərinin heç bir əsası yoxdur — AÇIQLAMA

GÜNDƏM 31 iyul 2025, 18:11
“Mariya Zaxarovanın Azərbaycan və Ermənistanın guya NATO ilə bağlı söylədiyi fikirlər sadəcə olaraq təzyiq vasitəsidir, həm də bu, təhdid kimi də dəyərləndirilə bilər. Çünki bu fikirlərin heç bir əsası yoxdur”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, baxmayaraq ki, Ermənistan Qərbyönümlü siyasət həyata keçirir, Aİ-yə qəbul olmaqla bağlı müəyyən qərarlar qəbul edib, amma hələ də KTMT-nin üzvü olaraq qalmaqdadır:

“Rəsmi olaraq bu qurumu tərk etməyib, NATO-ya üzvlüklə bağlı hər hansı müraciət yoxdur, olsa da, qeyri-mümkündür. 

Azərbaycanda gəldikdə, Azərbaycan Qərblə münasibətləri öz maraqları baxımından inkişaf etdirsə də, heç bir blokun üzvü olmayacağı ilə bağlı rəsmi açıqlamalar verir. Bununla bağlı Prezident səviyyəsində mövqeyimiz ifadə olunub. Bunlar sadəcə olaraq təhdid elementləridir, gələcəkdə təzyiqi gücləndirmək üçün manipulyasiyadır. Heç bir əsası olmayan açıqlamalardır. Rusiya keçmiş post sovet ölkələrinin müstəqil siyasət yürütməsini həzm edə bilmir”. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 avqust 2025, 15:22
Top