YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Cəmiyyət

Özünü ölmüş kimi göstərmək cinayətdir?

Özünü ölmüş kimi göstərmək cinayətdir?

İnsan müxtəlif səbəblərdən izini itirmək, məsuliyyətdən yayınmaq və ya həyatını tamamilə dəyişmək istəyə bilər. Bəzən belə hallarda şəxsin özünü ölmüş kimi göstərməsi, ölüm xəbəri yayması və ya saxta sənədlərdən istifadə etməsi gündəmə gəlir.

Demokrat.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində insanın sadəcə özünü ölmüş kimi təqdim etməsinə görə ayrıca cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Lakin bu məqsədlə saxta sənədlərdən istifadə edilməsi, dövlət orqanlarının aldadılması, başqasının hüquqlarına zərər vurulması və ya əmlak əldə edilməsi əməli konkret cinayət tərkibindən asılı olaraq hüquqi məsuliyyət yarada bilər.

Belə ki, şəxsin öz ölümünü saxta göstərməklə hər hansı ödəniş, əmlak və ya başqa hüquqi üstünlük əldə etməyə çalışması, yaxud bu prosesdə sənədləri saxtalaşdırması ayrıca hüquqi qiymətləndirilir. Əgər əməl cinayət tərkibinin əlamətlərini daşıyırsa, şəxs müvafiq maddələrlə məsuliyyətə cəlb edilə bilər.

Hüquqi baxımdan əsas məsələ şəxsin özünü ölmüş kimi təqdim etməsi deyil, bu məqsədlə hansı hərəkətləri etməsi, kimləri aldatması və nəticədə hansı hüquqi fəsadların yaranmasıdır.