“Tarif Şurasının qərarlarının insanlarda narazılıq yaratması normaldır. İstənilən qurum qiymət artımı ilə məşğul olsa, insanlar o qurumdan narazı olacaq. Tarif Şurası olmasın, başqa qurum, başqa komitə olsun”.
Bunu Demokrat.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O bildirib ki, problem qiyməti hansı qurumun qaldırdığı deyil, ümumi qiymət siyasətidir:

“Burada məsələ qiymət artımı siyasətindən gedir. Hansı qurum artırsa, ondan narazı olacaqlar. İqtisadi siyasət düzgün qurulmalıdır ki, qiymət artımları insanlara ciddi təsir etməsin, əlavə narazılıqlar yaratmasın. Simvol kimi hamı Tarif Şurasının adını çəkir, amma bu qurum bir şəxs deyil də. Orada bütün nazirliklərin nümayəndələri var”.
Cavidan Mirzəzadə
Demokrat.az