"Labubu"ya görə yeni peşə yarandı

MARAQLI 30 iyul 2025, 22:39
Çində "Labubu" oyuncaqlarına olan böyük maraq onları təmir edən "həkimlərə" tələbat yaradıb.

Axşam.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Şanxaydan olan Hartman təxəllüslü “oyuncaq həkimi” bildirib ki, yalnız son bir ayda 100 "Labubu" oyuncağını təmir edib. Artan sifarişlər səbəbindən o, həyat yoldaşını da işə cəlb etməli olub və geniş studiya icarəyə götürüb.

Bir "Labubu"nun təmiri, oyuncağın qiymətinin təxminən 10 faizinə başa gəlir. Oyuncağın orta qiyməti isə 99 yuan (təxminən 24 manat) təşkil edir. Ancaq nadir modellər ikinci əl bazarında yüzlərlə, bəzən minlərlə yuana satılır.

Sosial şəbəkələrdə "Labubu" oyuncaqlarındakı cızıqlar və zədələr üçün çoxsaylı məsləhətlər paylaşılsa da, yalnız peşəkar “oyuncaq həkimləri” bu işi keyfiyyətlə və etibarlı şəkildə görə bilir.

Qeyd edək ki, "Labubu" obrazı Honq konqlu dizayner Kasin Lunq tərəfindən “The Monsters” kitabı üçün yaradılıb. Çin şirkəti "Pop Mart" ilk dəfə bu obraz əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib. Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib. Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top