Yer kürəsində iki yeni fəsil yaranıb -— Onlar necə adlanır?

MARAQLI 29 iyul 2025, 14:20
Beynəlxalq tədqiqatçılar qrupu Yer kürəsinin iqlim təqviminə insan müdaxiləsi nəticəsində iki yeni fəsilin - tüstü və tullantı fəsillərinin daxil olduğunu bildirib. 

Demokrat.az
xəbər verir ki, bunu "Daily Mail" yazıb.

Bu fəsillər ekosistemləri pozur, milyonlarla insanın sağlamlığına təhlükə yaradır və artıq hər il təkrarlanır.

Tüstü fəsli hər il iyun-sentyabr aylarında Cənub-Şərqi Asiyanı əhatə edir. Əsas səbəb İndoneziya və Malayziyada kənd təsərrüfatı məqsədilə tropik torf sahələrinin kütləvi şəkildə yandırılmasıdır. 

Tüstü qonşu ölkələrə, o cümlədən Sinqapur və Tailanda yayılaraq hava keyfiyyətini aşağı salır və xəstəliklərin artmasına səbəb olur. Bənzər hadisələr qışda Hindistanın şimalında da müşahidə olunur, burada məhsul qalıqlarının yandırılması Divali bayramı ilə üst-üstə düşür. 

ABŞ-da isə meşə yanğınları əvvəl yalnız yay ayları ilə məhdudlaşsa da, indi yazda başlayır və dekabradək davam edir.

Tullantı fəsli isə dekabr-mart aylarında Bali adasında müşahidə olunur. Bu zaman musson küləkləri və okean axınları çimərliklərə tonlarla plastik tullantı gətirir. 

Təkcə 2025-ci ildə bu fəsil ərzində 3000 tondan çox tullantı toplanıb. Oxşar hallar Filippin, Tailand və ABŞ-ın şərq sahillərində də qeydə alınıb – xüsusilə yayda, leysan yağışlarının və çay axınlarının güclənməsi nəticəsində plastik tullantılar okeana daşınır.


Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top