YapiKredi Müraciət Forması
İdman

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı

Fənərbağça İsmayıl Kartalla yollarını ayırdı

"Fənərbağça" baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis "Qalatasaray"a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. Rəhbərlik onun qərarını qəbul edib. Bununla da Kartalın İstanbul təmsilçisində dördüncü dönəmi başa çatıb.

Məlumata görə, yeni baş məşqçi təyin olunana qədər komandaya Dirk Kuyt rəhbərlik edəcək.

Niderlandlı mütəxəssisin "Göztəpə" ilə oyunda komandanı meydana çıxaracağı gözlənilir.

Qeyd edək ki, İsmayıl Kartal bu mövsüm "Fənərbağça" ilə bütün turnirlərdə 18 oyuna çıxıb. Komanda 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

NE
Nihadə Eyyubova